Reklam

Zərdabda reyd keçirilib, 30 sürücü cərimələnib - FOTO

Avtoreyd 9 Aprel 2019 16:36 Oxunub 5037
Zərdabda reyd keçirilib, 30 sürücü cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyd sürücüləri maarifləndirməkdən ibarətdir

Zərdab rayonunda nəqliyyat vasitələrinə qarşı reyd keçirilib. Avtosfer.az xəbər verir ki, tədbir Zərdab rayon Polis şöbəsi yol-patrul bölməsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları ilə birgə "Təmiz hava" aylığı çərçivəsində baş tutub. Məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində nəzarətin gücləndirilməsidir. Reyd nəqliyyat vasitələrindən atılan zərəli tullantıların atmosfer havasını çirkləndirməsinin qarşısını almaq və mühərriklərin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyənləşdimək məqsədi daşıyır. Eyni zamanda reyd baş verə biləcək hadisələrin qarşısını əvvəlcədən almaq və sürücüləri bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Reyd zamanı bir neçə sürücür tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədlərinin qaydasında olmaması faktları aşkar edilib. Bundan əlavə, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, avtomobili saxla əmrinə əməl etməyən və avtomobillərinə kustar üsulla hazırlanan pərdələrdən istifadə edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibatı cəza tədbirləri görülüb.
Reyd zamanı bilməyərəkdən qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən maarifləndirilərək yola salınıb. Reyd zamanı 40-a yaxın avtomobil saxlanılıb, onlardan 30-a yaxınının sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh