3.5 milyon dollarlıq “Ferrari Enzo” qəzaya uğradı: 3 nəfər xəsarət alıb - FOTO

“Ferrari” şirkəti “Enzo” modelindən yalnız 399 ədəd istehsal edib. Avtosfer.az xəbər verir ki, bu çox nadir super avtomobili yolda görmək şansınız Monte-Karlo kimi şəhərlər xaricində çox aşağıdır. Yolda qəzaya uğramış “Enzo” görmək şansınız isə demək olar ki, imkansızdır.
Ancaq təəssüflər olsun ki, keçdiyimiz günlərdə bir çox insan bu qəzanın şahidi olub.

Belə ki, Münhendə A99 avtomagistralında qırmızı “Ferrari Enzo” qəzaya düşərək qanadları və kapotu daxil olmaqla bütün ön hissəsi dağılmış vəziyyət düşüb.
Yerli polisin məlumatına görə, qəza sürücünün sükan idarəetməsini itirməsi səbəbindən baş verib. İdarəetmədən çıxan “Ferarri” orta arakəsmələrə çırpılıb. Zərbənin təsirindən avtomobildən çıxan parçalar başqa maşının üzərinə düşüb. Nəticədə 3 nəfər xəsarət alıb.
Polis qəzanın hansı səbəbdən baş verdiyini araşdırır.
Fotolarda “Enzo”nun hansı vəziyyətə düşdüyü görülür.
Lakin bəzi “Ferrari” sayt forumlarında paylaşımlara görə bu avtomobilin təmiri mümkündür. Bu təmirin isə çox bahalı olduğunu da bilirik. Günümüzdə “Ferrari Enzo”nun bazar qiyməti 3.5 milyon dollardır.
Namiq Musayev
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








