50 yaşlı “Jiquli” elektromobilə çevrildi: yenilik, yoxsa gözə kül üfürmə? - FOTO

Bu günlərdə Rusiyada keçirilən “Kazan Truck Expo 2025” sərgisində maraqlı layihələr yer alıb.
Avtosfer.az xəbər verir ki, sərgidəki qırmızı rəngli VAZ-2101 (Jiquli) marağa səbəb olub. Səbəb yarım əsr yaşı olan avtomobilin elektromobilə çevrilməsidir. İlk baxışdan köhnə sovet sedanından seçilməyən modelin mühərriki dəyişdirilib, batareyalar quraşdırılıb. Lakin texniki göstəricilər barədə məlumat yoxdur. İstehsalçı bütün köhnə maşınları elektrik dartısına keçirə bildiyini açıqlayıb.

Həvəskarların marağına səbəb olan aksiya əslində peşəkarlarda təəccüb yarada bilməz. Bu cür çevrilmələrlə bir neçə ildir Avropada da məşğul olurlar. Məsələn, Fransada “Citroen 2CV”, yaxud Almaniyada “Trabant” modellərini təxminən 25 min avroya “elektrikləşdirmək” mümkündür. Bunu isə sırf kolleksiya məqsədi ilə, ya da həvəskarlar etdirir. Sonuncuların yeganə niyyəti sıfır emissiya zonalarına 50-60 il əvvəl istehsal edilmiş maşınla girə bilməkdir. Belə bir yenilənmə heç bir halda avtomobilin müasirləşdiyi anlamına gəlmir.

Rusiyadakı layihələrə gəlincə, artıq 3 ilini geridə qoyan Ukrayna müharibəsində sanksiyalar sərtləşdikcə publikaya yönəlmiş, heç bir iqtisadi əsaslandırması olmayan layihələr yağışdan sonra göbələk kimi ortaya çıxır. Bir sözlə, gözə kül üfürülür.
Vüqar

Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








