Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı: Xəsarət alanlar var - FOTO + YENİLƏNİB

Novxanı-Zabrat istiqamətində hərəkət edən 537 nömrəli sərnişin avtobusunun qəza səbəbi məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. O bildirib ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb: “Bu gün saat 14:00 radələrində Kürdəxanı qəsəbəsində 537 nömrəli dövlət qeydiyyat nişanı 90-FB-546 olan və Novxanı-Zabrat marşrut xətti üzrə xidmət göstərən sərnişin avtobusunun iştiakı ilə qəza baş verib. Əməkdaşlarımız hadisə yerində olub. Hadisə zamanı avtobusda sürücü ilə bərabər beş nəfər olub. Dörd sərnişin yüngül xəsarətlər alıb, xəstəxanaya yerləşdirilən olmayıb. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır. İlkin məlumata görə avtobusun sürücüsü qarşısına anidən çıxan piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirib və qəza baş verib”.
14:30
Abşeronda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar əraziyə altı təcili tibbi yardım avtomobili göndərilib. Bu barədə Oxu.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Bildirilib ki, Məmmədli-Kürdəxanı yolunda baş verən avtobus qəzası zamanı yüngül xəsarətlər alan iki nəfərə yerində yardım göstərilib.
14:10
Abşeron rayonunda yol qəzası olub.
“Report”un xəbərinə görə, hadisə rayonun Məmmədli-Kürdəxanı yolunda qeydə alınıb.
Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi “İsuzu” markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib.
Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








