Ağacları betonlamaqdan həzz alanlar - FOTO

Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğu hamıya məlumdur. Torpaq və iqlim şəraiti əlverişli olmadığı üçün 1 ağacın özünü tutmasına azı 5 il tələb olunur. Müqayisə üçün, 200 kilometr kənarda 5 il ərzində bir ağac normal məhsuldarlıq dövrünə çatır.
Amma bu amili nədənsə yol təmiri ilə məşğul olanlar çox da nəzərə almırlar. Hansısa bir çuxura bir kürək asfaltı artıq tökməyə əli gəlməyənlər ağacların dibini betonla doldurmağa xəsislik etmirlər. Bu məsələ televiziyalarda dəfələrlə işıqlandırılıb. Hətta tənqidi reportajlardan sonra şəhərdə çox sayda ağacın dibi betondan təmizlənib, aqrotexniki qulluq edilib.
Lakin təmir və bərpa ilə məşğul olanlar köhnə vərdişdən əl çəkmək istəmirlər. Görəsən ağacın ətrafında 1 kvadrat metr sahəni boş saxlayıb materiala və iş vaxtına qənaət etməkdən daha yaxşı nə ola bilər?
QEYD: Fotolar metronun Elmlər Akademiyası stansiyasının qarşısında və Lökbatan qəsəbəsində çəkilib.
Vüqar
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR














