"Ali və Nino" Nizami Gəncəvi, Nəsimi və Füzulini təhqir etdi: bayker, velosiperçi, qısa şalvarlı... - FOTO

Tanınmış kitab mağazası olan "Ali və Nino" öz "İnstagram" hesabında dahi azərbaycan klassikləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin kuriyer xidməti göstərən işçi kimi karikaturasını paylaşıb. Dahi Nizami Gəncəvi guya motosikletin yanında, ağzında qəlyan dayanıb və "Ali və Nino" mağazasının sifarişlərini çatdırır. İmadəddin Nəsimi isə bu işi velosipedlə görür.
Bu il ölkəmizdə Nizami Gəncəvi ili elan olunub. Ötən il də Nəsimi ili idi. Ölkə rəhbərliyi səviyyəsində bu iki dahi şəxsiyyətin, Azərbaycan xalqının dəyərlərinin təbliği ilə bağlı geniş tədbirlər keçirildiyi halda mağazalar şəbəkəsi bu addımı atır. Yəni, dəyərlərimizi bu qədər aşağılamaq olarmı? İndi çıxıb açıqlama veriləcək ki, bu kreativ yanaşma idi. Bu cür kreativlik olmur.
Qeyd edək ki, eyni formada karikatura Məhəmməd Füzuli barəsində paylaşılıb. Guya məqsəd klassiklərin müasir dövrdə də yaşadılmasıdır. Amma deyəsən mağazalar şəbəkəsi dahiləri bununla ucuzlaşdırdığının fərqində deyil. Ümid edirik ki, bu kobud səhv tezliklə aradan qaldırılacaq və üzr istəniləcək.







Orxan Əli
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO















