Avtobus minik avtomobili ilə toqquşdu; 1 ölü, 17 yaralı - FOTO

Türkiyənin Tunceli əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Tunceli – Elazığ avtomagistralının 45-ci kilometrliyinin Göytəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Elazığ hava limanından Tunceli əyalət mərkəzinə sərnişin daşıyan, 62 AAD 158 qeydiyyat nömrə nişanlı avtobus, sürücünün idarəetməsindən çıxaraq hərəkətin əks tərəfinə keçib və qarşıdan gələn 25 AAG 937 qeydiyyat nömrə nişanlı minik avtomobili ilə toqquşub. Zərbənin şiddətindən minik maşını deformasiyaya uğrayıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev




"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










