Avtomobildən 4-ü uşaq olmaqla 6 nəfərin meyiti aşkarlandı - FOTO

ABŞ-ın Texas ştatında qarajda park edilmiş avtomobildən, 4-ü uşaq olmaqla 6 nəfərin meyiti aşkarlanıb. Avtosfer.az xəbər verir ki, insident iyunun 4-də axşam saatlarında San-Antonio şəhərində baş verib.
Bu barədə iyunun 5-də “The New York Post” məlumat yayıb.
Şəhərin polis rəisi Uilyam Makmanusun sözlərinə görə, ölənlər hərbçi ailəsinin üzvləridir.
Polis rəisi həmçinin qeyd edib ki, evin giriş qapısının qarşısında, “cəsədi evin içindədir, heyvanlar isə soyuducunun içində olublar” sözləri yazılan vərəq tapılıb.
Evə daxil olan polislər, içəridən qaz qoxusunun gəldiyini hiss ediblər.
Evdə partlayıcı maddənin ola biləcəyindən ehtiyatlanan hüquq-mühafizə orqanları istehkamçı mütəxəssislər çağırıblar. Onlar bütün otaqlara baxış keçirərək kəşfiyyat üçün maşın-robot göndəriblər, ancaq oradan heç nə tapa bilməyiblər.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev

:strip_exif(true):strip_icc(true):no_upscale(true):quality(65)/d1vhqlrjc8h82r.cloudfront.net/06-05-2020/t_e1460c5b16414ffabb28ac2907352ea2_name_Video_1_.jpg)
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












