Avtomobili oğurlayaraq yandıran şəxsin üzərində narkotik aşkar edilib – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib.
APA xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazova məxsus “VAZ 21063” markalı, 10-BK-753 dövlət nömrə nişanlı avtomobili oğurlayıb.
Avtomobildən öz məqsədi üçün istifadə etdikdən sonra onu Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinin çöllük ərazisində yandıraraq yararsız hala salıb. Şirvan polis şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində S.Qasımzadə saxlanılıb və üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. S.Qasımzadənin cinayət əməli nəticəsində avtomobilin sahibinə 5653 manat maddi ziyan dəyib.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 185.2.4, 186.2.2 və 231.1 maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR













