Avtomobillərin qadağan olunduğu şəhərdə vəziyyət necədir? - MARAQLI FOTOLAR

Söhbət keçmiş sosialist ölkəsi olan Sloveniyanın paytaxtı Lyublyanadan gedir. Bir qədər əvvələ qayıdaq:
Sosialst rejiminin süquqtundan sonra bu ölkə də Qərbi Avropadan idxal olunan ucuz və köhnə avtomobillərin obrazlı desək, işğalına məruz qaldı. 2000-ci illərdən etibarən şəhərdə hərəkət etmək həm sürücülər, həm də piyadalar üçün müşkülə çevrildi. Lakin çarə tapıldı.

2007-ci ildə şəhər bələdiyyəsi şəhərin mərkəzindən avtomobilləri tədricən yığışdırmağa başladı. Lakin bu işi ruslar demişkən “balta ilə” həll etmədilər. Əvvəlcə şəhərin girişində və mərkəzdən uzaq ərazilərdə böyük və pulsuz parkinqlər tikildi. Ardınca hərəkət qadağan olunmuş ərazilərdə pulsuz ictimai nəqliyyat şəbəkəsi yaradıldı. Səkilər alçaldılaraq velosipedşilərin işi asanlaşdırıldı. Hərəkət qadağan olunmuş küçələrin girişində pulsuz velosiped parkinqləri quraşdırıldı. Uşaqlı sərnişinlər üçün pulsuz elektrokarlar təqdim edildi
Maraqlıdır ki, bələdiyyə rəisləri dəyişsə də, konsepsiya dəyişmədi. 10 ildən sonra görülən işlər bəhrəsini verdi. Şəhərin mərkəzində işlənmiş qazların həcmi 70%, səs səviyyəsi isə 7 desibel azaldı. İndi Lyublyananın mərkəzində quşların səsini, yarpaqların xışıltısını eşitmək mümkündür.

Bələdiyyənin bu layihəsi geniş yayılmış bir iddianın əsassızlığını sübut etdi. Layihənin əleyhidarları deyirdilər ki, mərkəzdə avtomobillərin qadağan edilməsi ilə işsizlik artacaq, gəlir azalacaq. Lakin bunun tam əksi oldu. Piyadaların üstünlük təşkil etdiyi ərazilərdə ticarət dövriyyəsi daha çoxdur.
Bəs bu gör-götür dünyasında Lyublyana təcrübəsini öyrənməyə dəyərmi?
Vüqar Yaşaroğlu
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO














