Avtomobilsiz şəhərin faydası; erkən ölüm səviyyəsi aşağı düşür, sağlam mühit yaranır - FOTO

Dünyanın əksər şəhərlərində avtomobilsizləşmə prosesi gedir. Son illərin təhlili göstərir ki, bu proses həm ictimai səhiyyə, həm də iqtisadiyyat baxımından çox əhəmiyyətlidir. Avtomobilsizləşmə nəticəsində səhiyyə xərcləri azalmaqla yanaşı pərakəndə ticarət canlanır.
Avtosfer.az xəbər verir ki, 80-ci illərdə Avropada şəhər mərkəzlərinin şəxsi avtomobillərlə dolması ciddi nəticələr doğurmağa başladı. Avtomobillərin yaratdığı çirklənmə səhiyyə xərclərini artırmaqla yanaşı, iqtisadi fəaliyyətin pisləşməsinə səbəb oldu. Buna görə şəhər mərkəzlərində avtomobillərin azaldılması başladı. İlk pionerlərdən biri Belçikanın hollanddilli Gent şəhəri oldu. Gentin ardınca Avropada geniş vüsət alan avtomobilsizləşmə layihələrinin nətcələri belə oldu:
- Ekoloji çirklənmə və səs səviyyəsi azaldı,
- Erkən ölüm səviyyəsi aşağı düşdü
- Yaşıllıq sahələri artdı,
- Əhalinin hərəkətliliyi artdı
- İctimai səhiyyədə vəziyyət yaxşılaşdı.
Maraqlıdır ki, hansısa ərazidə avtomobillərin qadağan edilməsi pərakəndə ticarət dövriyyəsini artırır. Statistika göstərir ki, ölkədən asılı olaraq nəqliyyata qapalı ərazilərdə ticarət 35-50% arası artır. Səhiyyə xərcləri isə eyni miqdarda azalır.
Elə şəhərlər var ki, orada şəxsi avtomobillə deyil, piyada və ya ictimai nəqliyyatla hərəkət daha sərfəlidir:
Gent (Belçika),
Amsterdam (Niderland),
Oslo (Norveç),
Hidra (Yunanıstan),
Lamu (Keniya),
Zermat (İsveçrə),
Fes əl-Bali (Mərakeş),
Venesiya (İtaliya).
Keniyanın Lamu, Mərakeşin isə Fes əl-Bali şəhərlərinə dünyanın hər yerindən turistlər nə qədər qəribə səslənsə də, eşşəklə səyahət etmək üçün gəlirlər. Lamu və Fesdə uzunqulaqlardan istifadə texniki gerilik deyil, tarixə hörmətdir. Bu işçi heyvanlar sözügedən şəhərlərə hər il milyonlarla dollar mənfəət gətirirlər.
Vüqar
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO












