Aylardır səkidə qazılan çuxur doldurulmayıb; indi də zibilxanaya çevrilib - AÇIQLAMA - FOTO

Paytaxtda səki 1 aydan çoxdur ki, qazılan çuxur zibilxanaya çevrilib.
Avtosfer.az xəbər verir ki, qeyd edilən hall Xırdalan şəhərinin tam mərkəzi - Məhəmməd Əmin Rəsulzadə küçəsində hökm sürür.
Belə ki, səkidə uzun çuxur qazılıb, lakin yeri doldurulmayıb. Sakinlər bildirib ki, çuxur bir aydan çoxdur qazılıb və eyni şəkildə qalıb. Bəzi adamlar da bu çuxurları zibilxanaya çevirib. Həm də bu yerin yerli icra hakimiyyətinin yaxınlığında olduğu deyilib. Bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olur.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Kənan Babayev bildirib ki, Abşeron RİH tərəfindən bir neçə il bundan öncə Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən çoxmənzilli yaşayış kompleksinin tikintisinə icazə verilib. Lakin MTK rəhbərliyi ilə vətəndaşlar arasında problemlər yarandı. Belə ki, bir mənzili, iki nəfərə satılması, müqavilə şərtlərinə əməl olunmaması kimi hallar baş vermişdi. Baş Prokurorluq, Korrupsiya şöbəsi bu işlə məşğul olub. Yəni ki, bu məsələlər tikintini yubatmışdı. Son zamanlar RİH rəhbərliyi tərəfindən, eləcə də Şəhər Prokurorluğu tərəfindən olan təzyiq nəticəsində tikinti işləri gücləndilib. Hal hazırda həmin MTK elektrik və qaz xəttinin bərpası üçün yol boyu dövlət standartlarına uyğun olaraq verilmiş və aidiyyəti üzrə qurumlardan razılaşdırılmış texniki şərtlərə əsasən xətlərin çəkilməsi davam etdirilir. Sadəcə hava şəraiti ilə əlaqədar olaraq müəyyən yerlərdə qazıntı işləri aparılıb, xətlər çəkilib, üstü bağlanmayıb. RRİH rəhbərliyinin müdaxiləsindən sonra həmin müəyyən yerlər bağlanıb və üstündə hal-hazırda üzlük tamet bağlanması işləri də davam etdirilir. Ümumiyyətlə, xüsusi tapşırılıb ki, qısa müddətdə yerdə qalan açıq sahələrin üstü təcili bağlansın”.
Məhəbbət Tərlanoğlu
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO















