Azərbaycana dair eksponat Avropanın ən böyük aviasiya muzeyində - FOTO
Xaricə səyahət edən insanların ən çox diqqət yetirdiyi yerlərdən biri də mzueylərdir. Texniki təyinatlı muzeylər isə daha çox maraq doğurur.
Avtosfer.az xəbər verir ki, Avropanın yaş etibarı ilə ən köhnə aviasiya muzeyi Parisdə yerləşir. Hava və Kosmos Muzeyi adlanan bu müəsisə 1919-cu ildə, Birinci dünya müharibəsindən bir neçə ay sonra qurulub. Sonrakı illərdə muzey böyüyüb, təkmilləşib.
İkinci dünya müharibəsindən nəsibini alan muzey uzun müddət bağlı qalıb. Nəhayət, 1973-cü ildə Parisdə məşhur Şarl de Qol aeroportunun tikintisi zərurətə çevriləndə muzeyin də obrazlı desək bəxti açılır. 1975-ci ildə Burje aeroportuna kommersiya uçuşları dayandırıldığı üçün uçuş zolağı kiçildilir. əldə edilən boş hissəyə isə muzeyin eksponatları yerləşdirilir.
Muzeydə aviasiyanın pionerlərindən tutmuş səsdən sürətli mülki təyyarəyədək 20 minədək eksponat toplanıb. Burada qırıcı təyyarə, helikopter, aviabomba, çertyoj, əmək alətləri və ev əşyaları kimi maraqlı eksponatlara rast gəlinir.
Muzeyin girişində maketi qoyulmuş Ariane 5 raketi isə bizə daha doğma gəlir. Bu raket Azərbaycanın ilk peykini Kuru poliqonundan yerətrafı orbitə qaldırıb.
Vüqar
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR





























