Azərbaycanda iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub - YENİLƏNİB - FOTO

Zərdabda iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Ağcabədi rayonu, Aşağı-Avşar kəndində yaşayan 1991-ci il təvəllüdlü Xəyal Rəhman oğlu Paşayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Zərdab-Mollakənd yolunun Zərdab rayonu, Şəftəhal kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurması ilə idarəetməni itirib və avtomobilin yolun kənarına aşması nəticəsində aldığı çoxsaylı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
***
7 may 2024
21:12
Zərdabda ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Zərdab-Mollakənd yolunun Şəftəhal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 99-VZ-076 qeydiyyat nömrə nişanlı “Mercedes Benz” marklı minik avtomobili hərəkətdə olan zaman qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi öncə dirəyə daha sonra isə yol kənarına aşıb. Zərbənin şiddətindən avtomobil deformasiyaya uğrayıb.
Nəticədə ağır xəsarət alan sürücü, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Xəyal Paşayev hadisə yerində dünyasını dəyişib.
Namiq Musayev


Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO
Papaya elektromobil hədiyyə edildi - Bu maşın papamobil hesab edilmir - FOTO
Bakıda "Azparking" ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? - ŞİKAYƏT - FOTO
Azərbaycanda şəhid qızı olan gənc hakim yol qəzasında öldü; yaralı da var - FOTO
Səbaildəki eyvan təbii səbəblərdən uçub; suvaq da vurulmayıbmış - FOTO
Şəhidlər Xiyabanının qarşısında illərdir dəyişməyən mənzərə - FOTO











