Reklam

Bakı avtomobil sayına görə Parisi qabaqladı – SƏBƏBLƏR - FOTO - VİDEO

Avtosfer Foto 23 Aprel 2024 10:29 Oxunub 576
Bakı avtomobil sayına görə Parisi qabaqladı – SƏBƏBLƏR    - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu xəbərin başlığında heç bir pafos, oxucu cəlbetmə fəndi yoxdur. Məqalədəki faktlar həm Azərbaycan, həm də Fransanın rəsmi qurumlarının statistikasına əsaslanır.

Bu günlərdə Fransanın avtomobil jirnallarında belə bir məlumat yayıldı: Parisdə velosipedlə hərəkət edənlərin sayı avtomobillər hərəkət edənlərin sayını üstələyib. Bir il ərzində aparılmış müşahidələr göstərir ki 16-80 yaşlı əhalinin 11,2%-i gündəlik yerdəyişmələrdə velosipeddən istifadə edir. Əhalinin təxminən yarısı piyada gəzir, 30%-ə qədəri ictimai nəqliyyatdan, CƏMİ 4,3 %-İ İSƏ ŞƏXSİ AVTOMOBİLDƏN İSTİFADƏ EDİR. 
Əlbəttə, bu vəziyyət bir gündə ortaya çıxmayıb. Statistikaya nəzər yetirək: hazırda Azərbaycanda qeydiyyatda olan 1,7 milyon nəqliyyat vasitəsinin təxminən 700 mini Bakıda istismar olunur. 39 milyonluq avtomobil parkına sahib Fransanın paytaxtında isə cəmi 500 min avtomobil var. Başqa sözlə, ailə təsərrüfatlarının cəmi 34%-nin şəxsi avtomobili var. Bu göstərici 1990-cı ildə 46% idi. Bəs  belə bir ciddi azalma necə baş verib?
Fransa Televiziyasının arxivində tapdığımız 2 aprel 1970-ci il tarixli reportajda göstərilir ki, hər gün Paris küçələrinə 2,5 milyon avtomobil çıxır. Mərkəzdə insan boğulur. Müqayisə üçün deyək ki, Azərbaycanda 1991-ci ildə, müstəqillik əldə etdiyi vaxt cəmi 320 min maşın vardı. 
Fransız müxbir bildirir ki, əhalinin cəmi bir neçə faizi metro və avtobusdan istifadə edir. İctimai nəqliyyatdan istifadə edənlərin sayı ilbəil azalır. Jurnalistə müsahibə verən parislilər bildirirlər ki, “tıxac olsa belə, şəxsi avtomobil daha praktikdir. Maşınsız işə gedərkən hər gün 1,5 – 2 saat avtobus gözləməli oluruq. Metro da praktik deyil. Normal ictimai nəqliyyat olsa maşını evə qoyarıq”. Tanış mənzərədir, deyilmi?
Süjetdə o da bildirilir ki, çıxış yolu kimi böyük tutumlu parkinqlər inşa olunub, lakin məsələ həll olunmayıb. Məncə, bu fakt da Bakı sakinlərinə tanışdır. 
Fransız ekspertlər şəxsi avtomobillərin azalmasını 2 amillə izah edirlər: İctimai nəqliyyatın əlçatanlığı və seçim çoxluğu (eyni yerə metronun bir neçə xəttindən getmək mümkündür – müəl.). Avtomobillə hərəkət etməyin çətinliyi, parklama yerlərinin az və bahjalı olması. 
Son 10-15 ildə “sürücülərin qorxudulması” istiqamətində çox iş görülüb. Bu məqsədlə, ciddi sıxlıq olan küçələrdə şəxsi avtomobillərin hərəkəti qadağan edilib, əksər küçələrdə hərəkət biryönlü olub, küçələr piyadalara və velosipedçilərə uyğunlaşdırılıb. Paris küçələrində səkilərin sayı və sahəsi 19-cu əsrdəkindən daha çoxdur. 

İndi gələk özümüzə: 1970-ci illərin Parisi ilə 2024-cü ilin Bakısı nəqliyyat baxımından nə dərəcədə fərqlənir? O vaxt parislilər parkinq tələb edirdilər, indi bakılılar. Xarici təcrübə də göstərir ki, parkinqlərin artması ilə tıxaclar seyrəlməyəcək. Parklama üçün yerlərin çoxluğu şəxsi avtomobildən istifadəni təşviq edir.  Başlıca çıxış yolu ictimai nəqliyyatı yaxşılaşdırmaqdır. 

Fransa Televisiyasının süjetindən sonra məndə belə bir qəti inam yarandı: Bakı şəhərində tıxacların da qarşısını almaq mümkündür, əhalinin ictimai nəqliyyatdan istifadəsini təşviq etmək də. Hansısa küçəyə avtomobillərin girişini qadağan edən, velosiped zolaqları yaradan, parklamanı baha edən qurumlara qarşı narazılıqlar əsassızdır. Demək olar bütün ölkələrdə ictimai nəqliyyatın təşviqi bu cür başlayıb. Heç bir inkişaf edən ölkədə hökumət “hər ailəyə avtomobil” şüarı ilə çıxış etməyib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh