Dincəlməyə gedən ailə ağır qəzaya düşdü; 6 nəfər dünyasını dəyişdi - FOTOlar

Türkiyənin Balıkesir əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Kepsut rayonu ərazisində qeydə alınıb. Məlumata görə, 64 yaşlı Mustafa Bədii Hüseyinbaşoğlu idarə etdiyi 43 HP 003 qeydiyyat nömrə nişanlı “Renault” markalı avtomobillə, “Bağtepe” istiqamətində hərəkət olarkən, sükan idarə etməsini itirərək “Dursunbey” şosesi üzərində yerləşən körpünün təhlükəsizlik məhəccərlərinə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Qəza nəticəsində avtomobildə olan bir ailən 6 üzvü dünyasını dəyişib.
Digər sürücülərin çağırışı ilə hadisə yerinə təcili tibbi yardım, xilasedici və polis əməkdaşları gəliblər.
Cəsədlər deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Bildirilir ki, ailə Kütahyadan Balıkesirin Burhaniye rayonuna dincəlmək üçün gedirlərmiş.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev






Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












