Bakıda dayanacağı zəbt edən qəzalı avtomobillər kimindir? - FOTO

Bu fotolar səhər saatlarında 3 saylı ASAN Xidmət mərkəzinin yanında çəkilib. Göründüyü kimi təmir üçün növbə gözləyən avtomobillər küçəyə düzülüb və dayanacağı zəbt edib. Dayanacağa girmək mümkün olmadığı üçün 3, 77 və 205 saylı avtobuslar ikinci cərgədə dayanaraq sərnişin götürməyə məcbur olur.
Qeyri-iş günü olduğundan və ASAN Xidmət mərkəzi işləmədiyinə görə sıxlıq və təhlükə yoxdur. Amma iş günü başladıqda dayanacağa girə bilməyən avtobuslar ciddi tıxaca səbəb olur. Ayrı-ayrı günlərdə təmirə dayanan maşınlar ikinci cərgəni də zəbt edir və həftələrlə eyni yerdə qalır.
Tıxacdan daha təhlükəli amil isə nefty məhsulları ilə çirklənmədir. Qəzalı maşınlardan axan yağın izləri asfaltda aydın görünür. Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün çox ciddi tədbirlər görüldüyü vaxtda, Bakı şəhəri COP-29 kimi mötəbər tədbirə hazırlaşarkən belə bir münasibət başadüşülən deyil.
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO















