Bakıda səkiləri zəbt edən "AA" seriyalı bahalı maşınlar: “Lexus”, "Land Rover Defender” - FOTO

Paytaxtda səkilərin zəbt olunması piyadalar üçün çətinlik yaradır. Dayanma-durma qaydalarını pozan sürücülər nəqliyyat vasitələrini səki, pandusun qarşısı, avtobus dayanacağı və hətta avtobus zolağında park edirlər.
Avtosfer.az xəbər verir ki, Əhməd Rəcəbli küçəsində də analoji qayda pozulub. Belə ki, 77-LK-051 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü maşını avtobus zolağında saxlayıb.
Daha bir sürücü isə Azadlıq prospektində avtomobilini pandusun önündə park edib. 11-AA-017 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilinin sürücüsü piyadalarla yanaşı, əlil və uşaq arabası ilə hərəkət edən vətəndaşlar üçün də çətinliyə səbəb olub.
İbrahimpaşa Dadaşov küçəsində 90-UR-418 qeydiyyat nişanlı “Nissan” markalı, Əlövsət Quliyev küçəsində 77-GB-628 qeydiyyat nişanlı “Mercedes” markalı, Fəzail Bayramov küçəsində isə 10-AA-336 "Land Rover Defender” markalı avtomobillərinin sürücüləri nəqliyyat vasitələrini səkidə park ediblər. Bu da piyadaları yolun hərəkət hissəsinə çıxmağa məcbur edib.
Məhəbbət Tərlanoğlu
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR














