Bələdiyyə ağacların dibini belə “asfaltlayır” – XARİCİ TƏCRÜBƏ - FOTO

Elə bir ay olmur ki, Bakıda ağacların kütləvi kəsilməsi və ya diblərinin asfaltlanması xəbərini eşitməyək. Yoldakı çuxura 2 kiloqram əlavə asfalt (beton) tökmək istəməyən qurum ağacların dibini betonlamaq lazım gəldikdə çox səxavətli (əslində israfçı) davranır. Bunu edənlər öz əməllərinin mahiyyətini anlamırlar (psixologiyadakı ustanovka məsələsi).

Bu günlərdə İstanbulda elmi seminarda ikən diqqətimi yaşıllıqlar cəlb etdi. Səki boyu əkilmiş çoxillik ağaclara edilən qulluq sözün birbaşa mənasında ürəyimə yatdı. Ağacların ətrafına metal tor döşənmişdi. Həm də çox geniş sahədə. Bu yolla həm bitkinin köklərinin hava və su ilə təması təmin edilir, həm də piyadaların rahat hərəkəti təmin olunur.

Nəzərə alaq ki, İstanbulun torpağı daha zəngin olduğu üçün ağaclara xüsusi qulluğa ehtiyac yoxdur. Hansısa ağacı əkib cəmi 1 il qulluq etmək onun sonradan sərbəst böyüməsi üçün kifayətdir. Bakıda isə əksinə, bir ağacı ərsəyə gətirmək 10 ildən çox vaxt və zəhmət tələb olunur. Ağacları betonlayanlar və kəsənlər isə hər il QHT-lərin və dövlət qurumlarının çəkdikləri zəhməti yerə vururlar.
Vüqar
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
















