Betonqarışdıran sərnişin avtobusuna çırpıldı: 3-ü ağır, 14 yaralı - FOTO

Türkiyənin Kayseri vilayətində betonqarışdıran maşının və sərnişinin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün saat 11.00 radələrində Qocasinan rayonunun Bəyazşir məhəlləsində qeydə alınıb.
Məlumata görə, Məhərrəm Aydəmirin idarə etdiyi 27 AJE 35 qeydiyyat nömrə nişanlı betonqarışdıran maşını, svetofor olmayan qovşaqda Əli Can Atanın idarə etdiyi 38 AB 206 qeydiyyat nömrə nişanlı sərnişin avtobusuna yan hissədən çırpılıb.
Zərbənin təsirindən avtobus səkiyə çıxıb.
Nəticədə 14 nəfər xəsarət alıb. Yaralılar, xilasedici və polis əməkdaşları tərəfindən çıxarılaraq, ambulanslarla ətrafdakı xəstəxanalara çatdırılıblar.
Müalicələrinə başlanılan yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev






Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










