Beyləqanda "06" ilə "avtoşluq" edən şəxs həbs olundu - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Hüseyn Məhərrəmov saxlanılıb. Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.
H.Məhərrəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə H.Məhərrəmov 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Emin
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO












