Əks zolağa çıxan yük maşını mikroavtobusla toqquşdu; 5 nəfər xəsarət aldı - FOTO

Türkiyənin Sakarya vilayətində yük maşınının və servis mikroavtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 15-də Adapazarı şəhərində qeydə alınıb.
Məlumata görə, Necdət Pala idarə etdiyi 34 RP 522 qeydiyyat nişanlı yük maşını ilə hərəkətdə olan zaman, sükan idarəetməsini itirib və əks zolağa çıxaraq qarşıdan gələn yol təmir işçilərini daşıyan Mustafa Dəmirin idarə etdiyi 52 LL 180 qeydiyyat nişanlı mikroavtobusla toqquşub. Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və mikroavtobusda olan daha 3 işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev

Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO













