Yanacaqdoldurmadan çıxan “təcili yardım”a motosiklet çırpıldı; 3 nəfər öldü - FOTO
Avtosfer Foto
16 May 2020 17:21

Faktla bağlı araşdırmalara başlanılıb
Rusiyanın Stavropol diyarında motosikletin və “təcili tibbi yardım” maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 16-da gecə saatlarında Georgiyevski şəhər dairəsində qeydə alınıb.
Məlumata görə, yanacaqdoldurma məntəqəsindən qəfildən yola çıxan “UAZ” markalı “təcili tibbi yardım” maşını sürətlə hərəkətdə olan motosikletlə toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yanıb.
Qəza nəticəsində motosikletin 28 yaşlı sürücüsü ilə sərnişini və “UAZ”ın 57 yaşlı sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Polisdən bildirilib ki, “təcili tibbi yardım” maşını sayrışan işıqlarını yandıraraq hərəkət edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev



Oxunub : 3261
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












