Bu avtomobildən cəmi 1 ədəd istehsal olunub - Nömrəsi də 001 - FOTOLAR

Bu avtomobildən cəmi 1 ədəd istehsal olunub. Satış qiyməti 11 milyon avro olan avtomobil yeganə sahibinə vergilər də daxil olmaqla 17 milyon avroya başa gəlib. Söhbət “Bugatti”nin istehsalı olan “La Voiture Noire” modelindən gedir, yəmi qara maşından.
Bu avtomobil 1938-ci il modeli olan “Bugatti Type SC57 Atlantic”in müasir versiyasıdır. Dünanın ən çevik avtopmobilləri arasında yer alan “Voiture Noire” 8 litrlik W16 mühərriklə təchiz edilib. 1500 at gücündə olan mühərrik bu maşına 400 km/saatadək sürət verə bilir. Avtomobilin 100 km/s sürətə çatmasına cəmi 2.4 saniyə tələb olunur. 6.1 saniyə iasə 200 km/saat sürətə yetmək üçün kifayət edir.
Təqdim etdiyimiz fotolar 2019-cu ildə Cenevrə avtosalonunda təqdimat zamanı çəkilib. Gözəl xanımla yanaşı olan foto isə Fransanın Şantili komunasında gözəllik yarışması zamanı çəıkilib. Hansının daha gözəl olduğuna isə siz qərar verin.
Avtomobilin sahibinə gəlincə, bu məsələ uzun müddət avtomobil saytlarının müzakirə mövzusu oldu. əvvəlcə avtomobili “Volkswagen”in keçmiş şefi Ferdinad Pyeş və futbolçu Kriştianu Ronaldonun adı hallansa da, fransız istehsalçı bunu təkzib etdi.
Nəhayət, ötən il avtomobilin sahibi İnstaqramda digər avtomobilləri ilə poz verdi. Söhbət “Bugatti”nin bir birindən baha “Chiron” və “Vision Gran Turismo” modellərinin də 001 kuzov nömrəli avtomobillərini də almış Səudiyyə şahzadəsi Bədr bin Abdullah əl-Səuddan gedir. O, Səudiyyə Ərəbistanının 1985-ci il təvəllüdlü mədəniyyət naziridir.
Vüqar Yaşaroğlu
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR














