Bu kəndə indi başqa maşınla gedənlər ancaq yayda geri qayıda bilir - "Niva" və "UAZ" - FOTOLAR
Avtosfer Foto
15 Noyabr 2021 12:28

Qış hələ gəlməsə də...
Yardımlının ən ucqar kəndlərindən biridir Kürəkçi. Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyində yerləşir. Kənd dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşdiyi üçün, yolları çox çətin və əlverişsizdir. Bu səbəbdən kənd camaatı yalnız "Niva" və "UAZ" markalı maşınlardan istifadə edir ki, bunların da Kürəkçidə sayı təxminən 50-yə yaxındır. Əgər qış aylarında bu kəndə yolunuz düşsə, bu iki maşından başqa avtomobildən istifadə etməyi ağlınızdan belə keçirməyin. Maşın yuxarı qalxsa da, geri demək olar ki, yalnız yayda, qar əriyəndə, yer quruyanda qayıda biləcəksiniz.
Ötən gündən başlayaraq təxminən üç min əhalisi olan Kürəkçiyə fəslin ikinci qarı yağıb. Bundan əvvəl ilk qar oktyabr ayında müşahidə olub. Kənd sakinlərinin verdiyi məlumata görə, qarlı hava şəraiti adətən növbəti ilin aprelinədək davam edir.
Qarın yağması Yardımlının ən böyük kəndində hərəkəti çətinləşdirsə də, dağlar qoynunda yerləşən Kürəkçiyə əlavə bəzək verib.
"Qafqazinfo"nun Kürəkçidən hazırladığı fotosessiyanı təqdim edirik:















Oxunub : 5086
DİGƏR XƏBƏRLƏR
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
21 May 2026 22:03
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
20 May 2026 17:41
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
20 May 2026 12:11
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
7 May 2026 17:18
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
4 May 2026 15:00
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
1 May 2026 16:11
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
ŞƏRH YAZ










