Bu küçədə uzun illərin səki problemi nəhayət həll ediləcək – Akt tərtib edilib - FOTO

Paytaxtda Fəzail Bayramov küçəsində uzun illərin səki problemi nəhayət həll ediləcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, həmin küçədə (“The Ritz-Carlton Baku” hotelinin qarşısından Elm və Təhsil Nazirliyi istiqamətində) səkinin olmaması barədə bir neçə dəfə xəbər dərc olunub.
Sonuncu dəfə məsələni gündəmə gətirən vətəndaşlardan biri isə problemin həlli üçün üç dövlət qurumuna müraciət də edib. Sakin bildirib ki, onlardan yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabı ümidverici olub.
Komitə və Nəsimi Rayon İcra Hakimiyyətinin mütəxəssisləri əraziyə baxış keçirib və burada səkinin (panduslarla birgə) təşkilinin mümkünlüyünə dair akt tərtib edilib. Səkinin inşasını yerli icra hakimiyyəti təşkil edəcək.
AYNA və AAYDA-nın cavablarından isə bir daha məlum olub ki, səki probleminin həlli bu qurumların səlahiyyətlərinə aid deyil.
Məhəbbət Tərlanoğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO












