Bulvarda salınan velosiped zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, qurum Bakıda mikromobillik vasitələri üçün infrastrukturun yaradılması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.
Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlərə başlanılıb. İlkin mərhələdə Bulvar ərazisindəki yolun uzunluğu təxminən 2200 metr təşkil edəcək (Dəniz Vağzalının qarşısından Azneft dairəsinədək). Bununla da Bulvar ərazisi digər küçə və prospektlərdə salınan velosiped yolları ilə əlaqələndiriləcək və bir dövrə tamamlanacaq.
Növbəti mərhələlərdə bu şəbəkənin genişləndirilərək bütün Bulvar ərazisini əhatə etməsi planlaşdırılır. Görüləcək işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılacaq, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılacaq, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunacaq.
10:23
“Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsidir və artıq Dənizkənarı Bulvar ərazisində də icra olunur”.
Bunu oxu.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
O bildirib ki, bu, Dənizkənarı Bulvar ərazisinə gələn şəxslərin istirahətini daha da səmərəli edəcək:
“Bulvarda istər piyadalar, istəsə də velosiped, skuter həvəskarları daha səmərəli zaman keçirə biləcəklər. Bütün məqamlar müvafiq qaydada tənzimlənəcək”.
10:04
Bakıda, dənizkənarı bulvar ərazisində velosiped zolağı çəkilib.
Oxu.Az-ın məlumatına görə, bu, müzakirələrə səbəb olub.
Çünki dənizkənarı bulvarın həmin ərazisində skuter və velosiped sürmək qadağan olunmuşdu.
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO
Papaya elektromobil hədiyyə edildi - Bu maşın papamobil hesab edilmir - FOTO











