Cinayət şübhəlisini qovan polis “Tesla”ya görə təqibi yarımçıq saxladı - FOTO

ABŞ-da “Tesla” polisin təqibini yarımçıq qoyub. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Kaliforniya ştatının Frimont şəhərində baş verib. Məlumata görə, asayiş keşikçiləri “Tesla Model S” markalı patrul avtomobili ilə Santa-Klara şəhərində törədilmiş cinayətdə şübhəli bilinən şəxsi qovalamağa başlayıb. Ancaq saatda 200 kilometrə çatan qaçdı-tutdu bir müddətdən sonra sona çatıb. İnspektor dispetçerlə əlaqə saxlayaraq elektrokarın enerjisinin bitdiyini və təqibi yarımçıq saxlamaq məcburiyyətində qaldığını bildirib. Təqibi isə yaxınlıqda olan digər əməkdaşlar davam etdirib. Lakin şübhəli gözdən itərək gizlənməyi bacarıb.
Araşdırma aparan Frimont polisi hadisənin texniki nasazlıqla əlaqəli olmadığını müəyyən edib.
Məlum olub ki, demə əməkdaşlar növbə dəyişməsi zamanı təhvil-təslimdə avtomobili enerji ilə doldurmağı yaddan çıxarıblar.
Namiq Musayev
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










