Dəhşətli qəzada sürücü avtomobildə yanaraq öldü - Kürdəmirdə - FOTO - VİDEO

Gecə saatlarında Kürdəmir rayonunda baş vermiş yol qəzası zamanı avtomobildə yanaraq ölən sürücünün şəxsiyyəti bəlli olub.
Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, bu, 1960-cı il təvəllüdlü Ağdam rayon Xındırıstan kənd sakini Həsənov Vahid Yusif oğludur.
Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 90-ED-530 dövlət nömrə nişanlı BMW markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla gedib və sonra qəfil yanıb.
Faktla bağlı araşdırma aparılır.
***02:10
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 90 ED 530 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən sürücü idarəetməni itirib. Avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra qəflətən yanıb. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq dünyasını dəyişib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR














