Dəhşətli yol qəzası nişanlı cütlüyü ayırdı - FOTO

Türkiyənin Sivas vilayətində sərnişin avtobusunun və minik avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Sivas–Ankara trasının Rəcəb Tayyib Ərdoğan bulvarı ərazisində qeydə alınıb.
Məlumata görə, Ankara istiqamətində hərəkətdə olan B.K.-nin idarə etdiyi 58 AT 458 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, qovşaqdan dönən Çoşqun Yurduseven adlı polis zabitinin idarə etdiyi 35 KHA 85 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Zərbənin təsirindən polis zabiti ilə nişanlısı Filiz A. deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Sıxılmış vəziyyətdə qalan yaralılar xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıblar.
Xəstəxanaya çatdırılan polis zabiti Yurdusevən həkimlərin bütün səylərinə rəğmən həyatını xilas etmək mümkün olmayıb. Nişanlısı Filiz A.-nın isə səhhətinin ağır olduğu bildirilib.
Yaxınları, cütlüyün 3 ay əvvəl nişanlandıqlarını və onların toy hazırlığında olduqlarını söyləyiblər.
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev





Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










