Dincəlməyə gedən ailənin olduğu mikroavtobus aşdı; 3 nəfər öldü, 6 nəfər yaralandı - FOTO

Türkiyənin Ağrı vilayətində mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 24-də səhər saatlarında Patnos rayonunun girişində qeydə alınıb.
Yerli KİV-in məlumatına görə, Məhməd Hanifi Ulduzun idarə etdiyi 06 FN 26 qeydiyyat nömrə nişanlı mikroavtobus, idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb və zərbənin təsirindən nəqliyyat vasitəsi aşıb.
Qəza nəticəsində Əfqan Ulduz (7), Əfəcan Ulduz (13), Şafi Dilmaç (17) aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər, sürücü Məhməd Hanifi Ulduz, Abdullah, Zeynəb, Ömər Əli, Akın və Furkan Ulduz isə yaralanıb.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla Rayon Dövlət Xəstəxanasına çatdırılıblar.
Bildirilir ki, ailə Qurban Bayramı tətili ilə əlaqədar Trabzondan Ağrının Patnos rayonuna dincəlməyə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev



Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












