Divara çırpılan “Volkswagen” bağçaya düşdü: sürücünün “kömək edin” qışqırığını... - FOTO

Türkiyənin Dənizli vilayətində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 29-da axşam saatlarında Mərkəzəfəndi rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü idarə etdiyi 20 ZK 170 qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. İdarəetmədən çıxan avtomobil əvvəlcə bir binanın istinad divarına çırpılıb və sonra da bağçaya düşüb. Sürücünün “kömək edin” qışqırığını eşidən vətəndaşlar dərhal 112 Təcili Çağırış Mərkəzinə zəng vurublar. Bundan sonra hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə briqadasının əməkdaşları gəliblər. Sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Bağçada baş aşağı qalan avtomobil isə kranla düşdüyü yerdən çıxarılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev







Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












