"Ege Hospital"ın təcili yardım sürücüsü dönər almaq üçün qaydanı belə pozdu - FOTO

Bu faktın şəklini çəksəm də video çəkməyə telefonun batareyası imkan vermədi.
Əslində heç bir halda təcili yardım sürücülərinin fəaliyyətinə kölgə salmaq niyyətim yoxdur. Onların Vətən Müharibəsi və pandemiya dövründəki əməyinin qarşılığı pulla ödənilə bilməz. Keçək mətləbə.
Məkan: Əhməd Cavad küçəsi, Urologiya xəstəxanasının yanı
Vaxt: 04.12.21, saat 11.30 radələri.
Ege Hospitala məxsus 90 AF 117 nömrəli təcili yardım avtomobili küçənin kəsişməsində parkovşikdən “qaqa bura dönərxanadır?” soruşaraq maşını qəflətən sola çəkərək piyada keçidinin üstündə dayandı. Dönər almağa gedərkən sayrışan işıqları da qoşdu.
Təbii ki, kareta çağırışa getmirdi, salondakı gənc xanım da tibbi geyimdə deyildi. Təxminən 10 dəqiqə sonra qayıdan sürücü qadağan olunmasına baxmayaraq sola dönərək əks istiqamətdə hərəkətə başladı. Yolunu qısaltmaq istəyən sürücü həm də əks yola çıxdığı üçün digər avtomobillərə ciddi təhlükə yaratdı.
Gəldik üçüncü xətaya: avtomobilin nasaz olduğu da aşkar hiss olunurdu. Maşın hərəkət etdikdə ətrafı qara tüstü bürüdü.
Bəli, biz təcili yardım avtomobilinin keçid üstünlüyünə etiraz etmirik və edə də bilmərik. Dünyanın istənilən nöqtəsində insan həyatını xilas etməyə tələsən texnika üçün yaşıl işıqdır. Lakin digər hallarda bütün avtomobillərin statusu eynidir. Təyinatından və modelindən asılı olmayaraq.
Qeyd edək ki, bu xətaya görə sürücü İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə məsuliyyət daşıyır.
Vüqar Yaşaroğlu
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO













