Ər arvadın maşınını yandırdı: videoya çəkib “whatsappla” ona göndərdi - FOTO

Türkiyənin Samsun vilayətində kişi arvadının avtomobilini yandırıb və sonra da videoya çəkərək ona göndərib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 12-də İlkadım rayonunun Ataköy məhəlləsində qeydə alınıb.
İddiaya görə, Məhərrəm K.(40) ilə 10 illik həyat yoldaşı 2 uşaq anası Xatun K. (35) arasında anlaşılmazlıq yaranıb. Məhərrəm K., arvadının adına qeydiyyatda olan 2017-ci il model avtomobilini satmaq istəyib. Xatun K. isə maşının satılmasına qarşı çıxaraq avtomobilin sənədlərini gizlədib. Bundan sonra Məhərrəm K. onu, maşını yandıracağı ilə hədələyərək, 55 EY 546 qeydiyyat nömrə nişanlı avtomobilə minərək evin yanından ayrılıb. Xatun K., isə 155 Polis Kömək Servis xidmətinə zəng vuraraq ərinin avtomobili yandıracağı ilə bağlı məlumat verib. Samsun polisi müraciət əsasında araşdırmalara başlayan əsnada, avtomobili sürüb Ataköy körpüsü yaxınlığına gətirən Məhərrəm K., üzərinə benzin tökərək maşını yandırıb.
Daha sonra da alovlar içində olan avtomobilin görüntülərini mobil telefon vasitəsilə qeydə alaraq “whatsappla” arvadına göndərib, hadisə yerindən uzaqlaşıb. Ətrafdakı insanlar yanğınsöndürmə briqadalarına zəng vurub, hadisə yerinə gələn yanğından mühafizə bölmələri yanğını söndürüblər. Alovlar söndürülsə də avtomobil yarasız vəziyyətə düşüb.
Maşının yandığı yerə gələn Xatun K. isə kədərlənərək həyat yoldaşı tərəfindən 3 aydır şiddət gördüyünü, onu ölümlə hədələdiyini bildirib və onun həbs edilərək cəzalandırılmasını istəyib.
İlkadım Rayon Polis bölmə əməkdaşları yanan avtomobilin yanına gələrək araşdırma aparıblar və Xatun K.-nın ifadəsini alıblar. Məhərrəm K. isə polis əməkdaşlarına təslim olub.
Hazırda təhqiqatlar aparılır.
Namiq Musayev








Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











