Ermənistanda “Suzuki” 200 metrlik hündürlükdən dərəyə yuvarlandı: 3 ölü, 1 yaralı - FOTO

Ermənistanın Şirak əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün gecə saatlarında Yerevan-Gümri-Bavra magistralının 186-cı kilometrliyində, Pokaşen kəndi inzibati ərazisində qeydə alınıb.
Məlumata görə, Gümri istiqamətində hərəkətdə olan 36 NS 002 qeydiyyat nömrə nişanlı “Suzuki” markalı minik avtomobili, sürücünün sükan idarəetməsini itirməsi səbəbindən yoldan çıxıb və təxmini 200 metrlik hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Bildirilir ki, dəmir-beton sədlərinin, xüsusi işıqforların, işıqlandırma dirəklərinin və xəbərdarlqedici yol nişanlarının olmadığı bu ərazidə yol nəqliyyat-hadisələri tez-tez baş verir.
Namiq Musayev



Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








