"Əsrin soyğunu": terminaldan 15 milyon dollardan çox pul apardılar - FOTO

Çilidə qarətçilərdən ibarət silahlı dəstə aeroporta hücum edərək oradan 14 milyon dollar və milyon avro oğurlayıblar. Avtosfer.az xəbər verir ki, insident Santyaqo şəhərində qeydə alınıb. Bu barədə "24horas" telekanalı məlumat yayıb.
Məlumata görə, 7-10 nəfərin olduğu silahlı qrup iki avtomobillə hava limanının mühafizəçilərinə hədə-qorxu gələrək şirkətə məxsus poçt və yük daşıma terminalına daxil olublar. Onlar həmçinin, həmin müddətdə aeroporta eniş edən təyyarədən endirilən valyuta daşıyan zirehli maşına da hücum çəkiblər. Bundan sonra silahlı şəxslər pulları götürərək şirkətin yük paylama maşınlarından istifadə edərək hadisə yerindən qaçaraq gizləniblər.
Şəhər polis nümayəndəsinin sözlərinə görə, cinayətkarlar 14 milyon dollar və 1 milyon avro aparıblar. Hadisə nəticədə iki mühafizəçi də xəsarət alıb.
Polis, qarətin əvvəlcədən planlaşdırıldığını ehtimal edir.
Artıq, yerli jurnalistələr hadisəni "Əsrin soyğunu" adlandırıblar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların tapılıb saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, bu artıq son illər ərzində Santyaqo aeroportunda ikinci soğunçuluq hadisəsidir. 2014-cü ildə daha bir silahlı qrup furqondan 10 milyon dollar oğurlamışdılar.
Namiq Musayev


Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










