“Ford” yarıya kimi TIR-ın altına girdi: 2 nəfər hadisə yerində öldü - FOTO

Türkiyənin Ankara vilayətində minik avtomobilinin və TIR-ın iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident bu gün gecə saatlarında Ankara – Əskişəhər avtomagistralının Poladlı rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü idarə etdiyi 06 UC 214 qeydiyyat nömrə nişanlı “Ford” markalı minik avtomobili ilə, hərəkətdə olan zaman naməlum səbəblərdən qarşısında irəliləyən TIR-a arxadan çırpılıb. Ön hissəsi tamamilə TIR-ın yük yerinin altına girən avtomobildəki 2 nəfər ağır xəsarətlər alıb. Qəzanı görən vətəndaşlar dərhal polis, səhiyyə və xilasetmə xidmətinə zəng vurublar. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları, avtomobildəki 2 nəfərə tibbi yardım etmək istəyərkən onların öldüyünü müəyyən ediblər.
Dünyasını dəyişən iki nəfərin cəsədi təcili tibbi yardım maşınlarının köməkliyi ilə Poladlı Dövlət Xəstəxanasına aparılıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev



Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












