Gənc qızlar ağır yol qəzasına düşdü: 3 ölü, 2 yaralı - FOTO

ABŞ-ın Alabama ştatında idman komandasına dəstək qrupunun üzvləri ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, faciəvi insident ötən gün ölkədə Milad bayramı qeyd edilən zaman, Djineva şəhər ətrafında baş verib. Bu barədə “NBC” telekanalı məlumat yayıb.
Məlumata görə, içərisində 16 yaşlardan ibarət bir qrup qızın olduğu minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Nəticədə 3 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, vəfat edən qızlar, yerli idman kollektivinin oyun vaxtı verilən fasilədə meydana çıxaraq şou göstərən qızları olub.
Ehtimal edilir ki, qəzaya avtomobilin anidən qarşısına çıxan maral səbəb ola bilər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev



Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










