Gürcü nömrəli "Mercedes" "Volvo" ilə toqquşub bu hala düşdü, 1 ölü, 4 yaralı - FOTO

Ucarda baş verən yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 1964-ci il təvəllüdlü Bakı şəhər sakini Qarayev Eldar Tofiq oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Türkiyə vətədaşının idarə etdiyi "TIR"la toqquşub. Nəticədə Bakı şəhər sakinləri - sürücü Qarayev Eldar Tofiq oğlu, sərnişinlər - Qarayeva Fatimə Sabir qızı, Qarayev Sahib Eldar oğlu, Əliyeva Kamalə Sabir qızı və Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanlardan biri - Qərəkməzli Namiq Vahid oğlu vəziyyəti ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.
***
Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili "Volvo" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO





















