Hərəkət zolağına çıxan qoyunlar qəzaya səbəb oldu; 4-ü uşaq, 9 nəfər yaralandı - FOTO

Türkiyənin İzmir əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza Kemalpaşa rayonunda qeydə alınıb.
Məlumata görə, 33 yaşlı Erkan U., idarə etdiyi 45 YC 0468 qeydiyyat nömrə nişanlı minik avtomobillə hərəkət olarkən, qəfildən yolun hərəkə zolağına çıxan qoyunları vurmamaq üçün manevr edib. Sürücünün manevr etməsinə rəğmən qoyunlardan birini vuraraq dayanıb.
Bu zaman eyni istiqamətdə hərəkətdə olan Göhkan A.-nın idarə etdiyi 34 BCC 895 qeydiyyat nişanlı ticarət maşınının əyləcinə vaxtında basmayaraq Erkan U.-nun avtomobilinə arxadan çırpılıb.
Zərbənin şiddətindən hər iki maşına ciddi ziyan dəyib.
Qəza nəticəsində 4-ü uşaq olmaqla, ümumilikdə 9 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev


Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












