Hərəkətdə olan avtomobil yanıb bu vəziyyətə düşdü - FOTO

Türkiyənin Kocaeli vilayətində minik avtomobili yanaraq istifadə olunmaz vəziyyətə düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident bu gün səhər saatlarında Çayırova rayonu ərazisindən keçən avtomagistralda qeydə alınıb.
Məlumata görə, sürücüsünün şəxsiyyəti müəyyənləşdirilməyən 34 FA 6002 qeydiyyat nömrə nişanlı minik avtomobili, hərəkətdə olarkən mühərrik hissəsindən tüstüləməyə başlayıb.
Tüstüləməni fərq edən sürücü avtomobili dərhal təhlükəsizlik zolağında saxlayıb və yanğınsöndürmə balonu ilə yanğına müdaxilə etməyə çalışıb. Hadisəni görən digər sürücülər də onun köməyinə gəliblər. Lakin, bu da alovları ram etməyə yetərli olmayıb. Vətəndaşlar yanğınsöndürmə bölmələrinə xəbər veriblər.
Bundan sonra avtomobildə kiçik partlayışlar olub və alovlar daha da böyüyüb. Yanğınsöndürmə bölmələri hadisə yerinə gələrək yanğını söndürüblər. Ancaq buna baxmayaraq maşın yararsız hala düşüb. Avtomobildən geriyə qalan dəmir konstruksiya, evakuatorun köməkliyi ilə ərazidən uzaqlaşdırılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev




Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










