İşçiləri daşıyan mikroavtobus aşdı: 1 ölü, 10 yaralı - FOTO
Avtosfer Foto
28 Oktyabr 2019 12:45

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb
Türkiyənin Batman əyalətində işçilərin olduğu mikroavtobus qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Qozluq rayonunda qeydə alınıb.
Məlumata görə, Ziyarət kəndindən tekstil işçilərini Batman aparan R.A.-nın idarə etdiyi 06 DV 5393 qeydiyyat nömrə nişanlı mikroavtobus, Əskicə kəndi istiqamətində idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə 1 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə Batman Bölgə Dövlət Xəstəxanasına çatdırılıblar. Onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev


Oxunub : 2102
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












