İşçiləri daşıyan mikroavtobus iki TIR-ın arasında qaldı: 2 ölü, 8 yaralı - FOTO

Türkiyənin Manisa vilayətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident bu gün səhər saatlarında Akhisar rayonunun Kapaklı məhəlləsində qeydə alınıb.
Məlumata görə, Manisanın mərkəzindən Akhisar istiqamətində hərəkətdə olan 35 KJH 66 qeydiyyat nömrə nişanlı TIR naməlum səbəblərdən sürətini azaldıb, bu arada arxasında toyuq firmasının işçilərini daşıyan mikroavtobus da ona görə sürətini tənzimləyib. Bundan sonra isə arxadan gələn 35 HAN 93 qeydiyyat nömrə nişanlı daha bir TIR, mikroavtobusa arxadan çırpılıb. Zərbənin təsirindən mikroavtobus qarşıdakı TIR-ın yük yerinin altına girib.
Nəticədə 2 nəfər hadisə yerində dünyasını dəyişib, daha 8-i isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev



Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











