İşçiləri daşıyan mikroavtobus aşdı; əksəriyyəti qadın olmaqla 15 yaralı - FOTO

Türkiyənin Manisa vilayətində mikroavtobusun və minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 26-da səhər saatlarında İzmir – Ankara avtomagistralının Salihli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, kənd təsərrüfatı işçilərini daşıyan, İsmayıl Olca idarə etdiyi 45 J 7763 qeydiyyat nişanlı mikroavtobusla hərəkətdə olarkən ötmə əməliyyatını yerinə yetirən zaman, yolun yağışlı və sürüşkən olması səbəbindən sükan idarəetməsini itirib. İdarəetmədən çıxan mikroavtobus, əvvəlcə qarşısında hərəkətdə olan minik avtomobilinə çırpılıb, ardınca isə yol kənarındakı bardürün üzərinə çıxaraq aşıb.
Qəza nəticəsində sürücü ilə birlikdə əksəriyyəti qadın olan 15 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev


Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












