Maşın 100 metr hündürlükdən uçuruma yuvarlanıb bu hala düşdü - FOTO + VİDEO

Türkiyənin Antalya vilayətində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Alanya rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, rayon mərkəzi istiqamətində hərəkətdə olan 31 yaşlı Fatih Pişkin idarə etdiyi 07 ACU 690 qeydiyyat nömrə nişanlı “Daewoo” markalı minik avtomobili, yolun yağışlı və sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxıb və bundan sonra 100 metr hündürlükdən uçuruma yuvarlanıb. Qayalıq ərazidə metrlərlə sürüklənən nəqliyyat vasitəsi alt yola düşərək əzik-əzik olub. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı, hadisə yerinə gələn ambulans vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev


Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








