Məşhur avtomobil markasının iki ekzotik modeli - FOTO

“Range Rover” öz mühafizəkarlığı ilə seçilsə də, onun tarixində kifayət qədər ekzotik modellər olub. Nümunə kimi onlardan ikisini – limuzin və pikapı göstərə bilərik.
“Range Rover Sentinel” britaniyalı avtomobil istehsalçısı tərəfindən hazırlanan zirehli modeldir. Almaniyanın “Klassen” tüninq atelyesi isə daha uzağa gedərək onu limuzinə çevirib.
Avtomobilin təkər bazası bir metr artırılaraq 6.2 metrə çatdırılıb. Həmçinin, tavanı, sağ və sol tərəfləri, alt hissəsi və şüşələri gücləndirilib. Bununla yanaşı, yanğınsöndürmə sistemi, oksigen ehtiyatı və “Pirelli” təkərləri əlavə olunub.
Hazırda “Klassen”in adi “Range Rover Sentinel” limuzini 750 min avro, zirehli versiyası 1 milyon avro, təkmilləşdirilmiş və ən təhlükəsiz zirehli variantı isə 1.2 milyon avroya təklif olunur.
“Startech” avtoatelyesinin “Range Rover Pickup” modeli də Britaniya markasının qeyri-adi versiyalarındandır. Onun başlıca özəlliyi yolzusluq avtomobilinin pikapa çevrilməsidir.
Ekzotik avto 533 at gücünə malik V8 kompressor mühərrikilə təchiz olunub. Modelin xüsusi pnevmatik asqısı kuzovun ənənəvi versiyalarla müqayisədə 40 mm daha aşağı enməsini təmin edir.
Avtomobilin arxa şüşəsi “T” formasındadır. Onun tavanında isə yeni spoyler quraşdırılıb. Pikapın qiyməti barədə məlumat yoxdur.
Mənbə: motor.ru
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












