Metrobus: İstanbulluları tıxacdan xilas edən vasitə - FOTO

Əhali sayına görə Avropanın birinci şəhəri olan İstanbuldakı nəqliyyat sıxlığından hamı xəbərdardır. Lakin bu, heç də bütün şəhərin hər gün iflic vəziyyətinə düşdüyü anlamına gəlmir.
İstanbulun ictimai nəqliyyatının bir parçası da metrobus deyilən 3 və 4 oxlu avtobuslardır. 2007-ci ildə şəhərin Avropa hissəsində açılan sistem bir neçə il əvvəl Asiya tərəfində də xidmət göstərməyə başlayıb.
8 xətdə 44 dayanacağı olan sistemdə 650-dək avtobus fəaliyyət göstərir. Avtobusların sərnişin tutumu modelinə görə 160-300 arası dəyişir. Bu sistemdən gündə 800 minədək sərnişin istifadə edir. Xətlərin ümumi uzunluğu (hələlik) 52 km-dir və digər nəqliyyatın yolu ilə kəsişmir.
Doğrudur, digər ictimai nəqliyyat növləri ilə müqayisədə metrobusda sıxlıq daha çox olsa da, onu praktik hesab etmək olar. Bəzən interval yarım dəqiqədən az olsa da, avtobuslar dolu olur.
Metrobusların işini araşdırarkən açıq mənbələrdə qarşıma belə bir informasiya çıxdı: layihə ortaya atıldıqda çoxları iddia edirdi ki, metrobus İstanbul üçün əlavə yükə çevriləcək, şəhərdə hərəkət daha da pisləşəcək.
Bu tezis yalan çıxdı: doğrudur, avtomobil yolları bir qədər daralsa da, bu gün sərnişinlər tıxacsız hərəkətə görə metrobusdan razıdır.
Xətlər istifadəyə açıldıqdan sonra Mercedes markalı avtobusların mühərrikinin zəif olması, özünü doğrultmayacağı iddiası da əsassız çıxdı. Tarix göstərdi ki, istismardan çıxarılanadək hər maşın azı 1 milyon km qət edib.
Bu gün isə iş yeri və yaşadığı yer metrobus yolu üzərində yerləşən İstanbul sakini üçün heç bir tıxac qorxulu deyil. Bu nəqliyyatda sərnişin sıxlığına görə ləngimə olsa da, tıxacda qalıb gecikmək anlayışı yoxdur.
Vüqar
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO













