Mikroavtobusla toqquşan avtomobil evin divarında asılı qaldı: 2 ölü, 3 yaralı - FOTOLAR

Türkiyənin Balıkesir vilayətində mikroavtobusun və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Edremit rayonunda qeydə alınıb.
Məlumata görə, Çanakkale-İzmir avtomagistralında Rəcəb Qadir T.-nin idarə etdiyi 10 N 3867 qeydiyyat nömrə nişanlı mikroavtobus, Taner Y.-nin idarə etdiyi 34 LL 3316 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub. Zərbənin təsirindən minik avtomobili 35 metrə sürüklənərək bir binanın bağçasına düşüb və evin divarında asılı qalıb. Yük maşını isə dəmir arakəsmələrə çırpılaraq aşıb.
Qəza nəticəsində mikroavtobusun sürücüsü və qadın sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Minik avtomobilin sürücüsü və mikroavtobusdakı iki sərnişini təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev







Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












