Minik avtomobili təcili yardım maşınına çırpıldı: 7 nəfər yaralandı - FOTO

Türkiyənin İzmir vilayətində təcili tibbi yardım maşınının və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 7 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 29-u axşam saatlarında Əliağa-Foça avtomagistralının Qozbəyli qovşağında qeydə alınıb.
Məlumata görə, Əliağa istiqamətində hərəkətdə olan T.Y.-nin idarəetməsində olan 06 YDN 89 dövlət qeydiyyat nişanlı avtomobil, S.Ö.-nün idarə etdiyi 35 DN 130 dövlət qeydiyyat nişanlı ambulansa arxadan çırpılıb. Nəticədə avtomobilin sürücüsü T.Y., sərnişinləri Y.A., T.S., T.G. və ambulansın sürücüsü S.Ö. və iki səhiyyə işçisi yaralanıb. Qəza yerinə səhiyyə, xilasetmə və polis briqadaları cəlb olunub. Yaralılardan 6-na ilkin tibbi yardım göstərildikdən sonra ambulanslarla rayon xəstəxanalarına aparılıblar. Vəziyyəti ağır olan Y.A. təcili tibbi yardım helikopteri ilə Yaşılyurd Dövlət Xəstəxanasına çatdırılıb.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev

.jpg)




"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










