Müayinədən qayıdanları daşıyan avtobus aşdı: 31 nəfər xəsarət alıb - VİDEO

Türkiyənin Ankara vilayətində müayinədən qayıdanları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 31 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün saat 14.00 radələrində Ankara ilə Bala rayonu arasındakı yolda qeydə alınıb.
Məlumata görə, Bala rayonunda yaşayan qadınları xərçəng müayinəsinə aparan Canqaya bələdiyyəsinə məxsus, 06 DM 0124 qeydiyyat nömrə nişanlı avtobus, müayinədən sonra geri qayıdarkən yolun yağışlı və sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.
Qəzada, 25-i qadın, 3-ü uşaq, 2-si tibb bacısı və sürücü ilə birlikdə 31 nəfər yaralanıb.
Yaralılara ilkin tibbi yardımı yoldan keçən digər sürücülərlə vətəndaşlar edib, daha sonra hadisə yerinə gələn ambulanslarla ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










